Naxçıvanda vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4714 yeni vergiödəyicisi qeydiyyata alınıb.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunların 89,7 faizi fiziki, 10,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 24 dəfə artıb.

Yanvar-oktyabr aylarında kommersiya qurumlarının 65 faizi elektron qaydada, 35 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı