İsrail müxalifəti Netanyahunun istefasını tələb etdi

İsrail müxalifətinin lideri Yair Lapid baş nazir Benyamin Netanyahunun istefaya göndərilməsini tələb edib.

Metbuat.az xəbər verir ki, Yair Lapid baş nazir postuna “Likud” partiyasından başqasının gətirilməsini istəyib. “The Times of İsrael” qəzetinin məlumatına görə, İsraildə yayımlanan Kanal 12-yə danışan Lapid Qəzzadan təşkil edilən hücumlardan sonra İsrail xalqının Netanyahuya inamını itirdiyini bildirib. Lapid, ictimaiyyətin Netanyahuya güvənmədiyinə diqqət çəkərək, "Artıq inancımız olmayan bir baş nazirlə hərbi əməliyyat keçirə bilmərik. Netanyahu vəzifəsini tərk etməlidir. Netanyahunun partiyası olan “Likud”da baş nazirin vəzifədən istefaya göndərilməsini anlayan çoxlu siyasətçi var” deyə bildirib.

Müxalifət lideri Lapid bildirib ki, onun partiyası olan “Yeş Atid” Netanyahudan başqa birinin rəhbərlik etdiyi “Likud” Partiyasının rəhbərliyi ilə qurulacaq hərtərəfli hökumətdə iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı