Tanınmış alimin yol qəzasında ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Metbuat.az bildirir ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Arif Acaloğlu İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim olub. Alim Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən "Əhməd Ağaoğlu və Türk dünyası" beynəlxalq elmi konfransında iştirak etmək üçün Bakıya gəlib. O, konfransda məruzə ilə çıxış etməli idi.

Azər Maqsudov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı