Azərbaycan qanunvericiliyinə yeni fəsillər əlavə olunur

Azərbaycan qanunvericiliyinə yeni fəsillər əlavə olunur.

Metbuat.az xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Belə ki, Məcəlləyə “Prosessual sənədlərin rəsmi qaydada verilməsi” və “Cinayət təqibi üzrə qiyabi icraat” adlanan iki yeni fəsil əlavə olunması təklif olunur.

Məcəllənin ayrı-ayrı maddələrində cinayət prosesini həyata keçirən orqana çağırış qaydalarını nəzərdə tutan normalar olsa da, qanunda prosessual sənədlərin rəsmi qaydada verilməsini nəzərdə tutan ayrıca maddə və ya fəsil nəzərdə tutulmayıb.

Qeyd edilənə əsasən Məcəlləyə əlavə edilməsi təklif edilən IV-I fəsildə prosessual sənədlərin çatdırılması, çağırış vərəqəsi, qəbzin məzmunu və prosessual sənədləri qəbul etməkdən imtina qaydaları ətraflı olaraq müəyyən edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı