Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsində müzakirəyə çıxarılan “Dövlət sirri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatları da aid edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR