Çoban əvvəlcə ferma sahibinin oğlunu qətlə yetirdi, sonra isə... - Tovuzdakı cinayətin TƏFƏRRÜATI

Tovuzun Aşağı Öysüzlü kəndində 25 yaşlı gənc qətlə yetirilərək meyiti yandırılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Noyabrın 18-i gecə saatlarında kənddə yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək, müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini, 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N.Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək, daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini, 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Report-un əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Tovuz rayonu Aşağı Öysüzlü kəndində, "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub. Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çobanlıqla məşğul olub.Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.Qeyd edək ki, mərhumun atası qəssablıq və heyvandarlıqla məşğuldur

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı