“Real” geri çəkildi - "Liverpul"dan sürpriz Mbappe həmləsi

"Real Madrid"in transferdən geri çəkilməsi barədə xəbərlərin dərc edilməsindən sonra "Liverpul" Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Liverpul” Mbappe üçün təklif hazırlayıb. “AS” qəzetinin öz mənbələrinə istinadən məlumatına görə, Mbappe vergilər istisna olmaqla illik 35 milyon avro tələb edir. Həmçinin Mbappe 100 milyon avro imza pulu tələb edir.

Qeyd edək ki, “Real Madrid”in Kilian Mbappeni transfer etməkdə tərəddüd etdiyi və Mbappenin əvəzinə Erlinq Haalandı transfer etmək istədiyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR