İsrail ordusunun qərargahı bombalandı

İsrailin Ordu Radiosunun məlumatına görə, Livan ərazisindən İsrailin şimalına raket hücumu həyata keçirilib.

Metbuat.az xəbər verir ki, hücum nəticəsində İsrail ordusunun qərargahına ciddi ziyan dəyib. Məlumata görə, hücum partlayıcı yüklü pilotsuz uçuş aparatları ilə təşkil edilib. Bəzi mərmilər açıq ərazilərə düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Hücumlara cavab olaraq İsrail ordusunun Livanın cənub bölgələrinə artilleriya atəşi açdığı qeyd edilib.

Hücumlardan sonra İsrailin şimalında, Livan sərhədinə yaxın Kiryat Şmona bölgəsində xəbərdarlıq siqnalları işə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı