​“Bayer Leverkuzen”dən Xabinin "Real"a transfer olacağı barədə açıqlama

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonun müqaviləsində sərbəst qalma maddəsinin olması ilə bağlı iddialar səsləndirilmişdi.

Metbuat.az xəbər verir ki, “Bayer Leverkuzen” məsələ barədə açıqlama verib. “Bayer Leverkuzen”in icraçı direktoru Fernando Carro bildirib ki, Xabi Alonsonun müqaviləsində sərbəst qalma bəndi yoxdur. "Günün sonunda heç kimi getmək istəsələr qalmağa məcbur etməyəcəyik. İstəyirik ki, o, bizimlə özünü xoşbəxt hiss etsin. Xabinin keçmiş klublarından birinə getməsi barədə kağız üzərində heç nə yoxdur" - Fernando Carro deyib.

Qeyd edək ki, Xabi Alonsonun adı “Real Madrid”lə hallanır. Xabi Alonsonun müqaviləsindəki xüsusi bəndin gənc məşqçinin futbolçu karyerası ərzində çıxış etdiyi klublardan birinə keçməsi ilə bağlı olduğu irəli sürülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı