Ülvi Həsənli bu maddə ilə ittiham olunur

Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı