"Fransa Cənubi Qafqazda sabitliyi pozur" - İlham Əliyev

Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuzda – Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

Dövlətimizin başçısı bildirib: “(Fransa – red.) Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər göstərir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı