Oyundan əvvəl qarşıdurma baş verdi - Argentina meydandan çıxdı - VİDEO

DÇ-2026-nın seçmə mərhələsində Braziliya-Argentina oyunundan əvvəl stadionda azarkeşlər arasında qarşıdurma baş verib.

Metbuat.az xəbər verir ki, Braziliya və Argentina azarkeşləri bir-birilərinə su qablarını atıblar. Ardınca məsələyə polis müdaxilə edib.

Gərginlik səbəbilə matçın başlaması gecikib. Argentinalı futbolçular münaqişəyə müdaxilə edib. Gərginlik səngimədiyinə görə, Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb. Qarşıdurma səngiyəndən sonra oyun başlayıb.

Qeyd edək ki, oyun Argentinanın 1-0 hesablı qələbəsi ilə başa çatıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı