ABŞ-dan İsraillə HƏMAS arasındakı razılaşma barədə açıqlama

ABŞ Prezidenti Co Bayden və dövlət katibi Entoni Blinken İsrail hökuməti ilə HƏMAS arasında əldə olunan məhbus mübadiləsi razılaşmasını alqışlayıblar.

Metbuat.az xəbər verir ki, Bayden yazılı açıqlamada Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə razılaşmada rol oynadıqlarına görə təşəkkür edib. Blinken açıqlamasında əldə olunan razılaşmadan məmnun olduğunu bildirib, Misir və Qətərə təşəkkür edib.

Qeyd edək ki, İsrail hökuməti əsirlərin mübadiləsi və müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb.

Bu barədə Baş nazir Binyamin Netanyahunun ofisinin bəyanatında deyilib.

"İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən dörd gün ərzində ən azı 50 qaçırılmış qadın və uşaq azad ediləcək. Qaçırılmış daha 10 nəfərin azad edilməsi daha bir gün sakitlik verəcək”, - bəyanatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı