Londonda Fələstinə dəstək aksiyası keçirildi

Misirin Londondakı səfirliyi qarşısında yardımların Qəzzaya çatması üçün Rəfah sərhəd qapısının açıq qalması tələbi ilə nümayiş keçirilib.

Metbuat.az xəbər verir ki, əllərində "Fələstinə azadlıq", "Yardımın Qəzzəyə girməsinə icazə verin" və "Rəfah sərhəd qapısını açın" yazılı plakatlar daşıyan nümayişçilər Qəzzada tam atəşkəsə çağırıblar. İngilis və ərəb dillərində şüarlar səsləndirən nümayişçilər yardımın Qəzzaya çatması üçün Rəfah sərhəd qapısının açıq saxlanmasını tələb ediblər.Britaniya polisi səfirliyin qarşısında və onun yerləşdiyi küçədə geniş təhlükəsizlik tədbirləri görüb.

Nümayiş iştirakçılarından olan Anna Ədalət Hərəkatı qrupu olaraq etiraza qatıldıqlarını ifadə edərək, “İlk növbədə Fələstin mübarizəsinin qalib gəlməsini istədiyimiz üçün Misirin sərhədlərini açmasını tələb etmək üçün buradayıq” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı