Azərbaycan neftinin ən böyük idxalçıları açıqlandı

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan təqribən 13,8 milyard dollar dəyərində 22,3 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.

Metbuat.az bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Yanvar-oktyabr ayları ərzində Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (5,9 milyard dollar dəyərində 9,3 milyon ton), ikinci yerdə İsrail (1,3 milyard dollar dəyərində 2,2 milyon ton), üçüncü yerdə isə Hindistan (dəyəri 817 milyon dollardan çox olmaqla 1,4 milyon ton) dayanır.

Cədvəldə 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:

Ölkə

İdxalın həcmi

İdxalın dəyəri (ABŞ dolları ilə)

İtaliya

9 252 135,76

5 850 955 990

İsrail

2 154 667,42

1 320 085 610

Hindistan

1 370 600,87

817 429 580

İspaniya

1 114 184,47

700 578 650

Çexiya Respublikası

1 089 037,44

653 660 330

Türkiyə

1 119 456,46

633 322 820

Almaniya

933 370,16

596 323 440

Xorvatiya

802 021,56

475 452 600

Böyük Britaniya

691 038,87

432 278 590

Yunanıstan

656 521,80

403 274 260

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı