Atəşkəsin elan olunduğu Qəzzadan görüntülər - FOTO

Qəzzada atəşkəs elan ediləndən sonra sakinlər evlərinə qayıdaraq vacib əşyalarını götürüblər.

Metbuat.az xəbər verir ki, humanitar fasilə başlamazdan bir neçə dəqiqə əvvəl İsrailin Qəzza zolağına ən yaxın şəhəri olan Sderot sahillərində atışma və güclü partlayışlar müşahidə olunub. Qəzza zolağından İsrailə doğru raketlər atılıb. Qətər Xarici İşlər Nazirliyinin açıqladığı konsensus planına əsasən, İsrail və HƏMAS-ın qarşıdurmaları dayandırmasından sonra Rəfah sərhəd qapısı açılıb. Misirdən humanitar yüklər Qəzzaya göndərilməyə başlanılıb. Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərə görə, İsrailin blokadanı gücləndirdiyi və davamlı olaraq hücum etdiyi Qəzza zolağında 1,7 milyon insan didərgin düşüb.

Müvəqqəti atəşkəs qərarından sonra “Reuters” bölgədən çəkilmiş fotoları paylaşıb. Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı