"Real"dan fantastik transfer həmləsi - DETALLAR

“Real Madrid”in 429 milyon dollarlıq transfer büdcəsi olduğu və bu böyük büdcəni Erlinq Haaland və Kilina Mbappe üçün istifadə edəcəyi iddia edilir.

Metbuat.az xəbər verir ki, klub prezidenti Florentino Peres "Qalaktikos" siyasətini təkrarlamaq istəyir. “AS” qəzetinin məlumatına görə, “Real”ın bankda 111 milyon funt-sterlinq pulu və artıq əldə etdiyi 231 milyon funt-sterlinq kredit pulu var.Bundan əlavə, klub Kərim Benzema və Eden Hazard kimi futbolçuların klubdan ayrılmasından sonra maaş büdcəsinə 68 milyon funt-sterlinq qənaət edib.

Qeyd edək ki, PSJ ilə müqavilə yeniləməyən Mbappenin klubdab ayrılacağı deyilir. Haalandın “Mançester Siti” ilə razılaşmasında İngiltərə xaricindəki komandalar tərəfindən istifadə edilə biləcək sərbəst qalma bəndinin olduğu deyilir. “Real Madrid” Florentino Peresin rəhbərliyi altında həyata keçirdiyi "Qalaktikos" transfer siyasəti ilə məşhurdur. Kriştiano Ronaldo, Kaka, Zinəddin Zidan, Ronaldo, Devid Bechem və Luiş Fiqo kimi məşhur futbolçular keçmişdə bu komandanın formasını geyinib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı