İctimai Şura 90 saylı orta məktəbdə baş verənlərlə bağlı MƏLUMAT YAYDI

Sabunçu rayon 90 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şura ilkin kiçik araşdırma nəticəsini paylaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Şuranın sədri Günel Səfərova bildirib ki, adıçəkilən məktəbdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, psixoloq Səidə xanımın da iştirakı iləməktəb rəhbəri ilə görüş keçirilib:

“Hadisə baş verən sinifin sinif rəhbəri müəllimə Südabə Şükürova xanım hal-hazırda səhhətində problem (hamilədir və iki ay sonra analıq məzuniyyətinə çıxacaq)yarandığı üçün onunla telefon əlaqəsi yarada bildik. Müəllimənin qeyd etdiyi əsas məqamlara görə,hadisə 7 noyabr tarixində Zəfər bayramına həsr olunmuş tədbirdən sonra sinif şagirdlərinin zalda şeirlərin deyilməsi və rəqsin edilməsi zamanı baş verib. Uşağın atası uşağın vəziyyəti iləbağlı məlumatlandırılıb və xəsarətin miqyasının gözlə çox görünmədiyini düşünərək təcili tibbi yardıma müraciət etməyib. Uşağı ziyarət etmək istəsə də valideyn bunu qəbul etməyib.

Valideynlə dünən və bu gün telefon əlaqəsi yaratdım və Vüsalə xanımın məlumatına əsasən onun əsas şikayəti məktəb rəhbərliyinin və müəllimin etinasızlığı, uşağın zədə alması faktı ilə bağlı zamanında məlumatın verilməməsi vəuşağın sonrakı vəziyyəti ilə bağlı maraqlanılmaması olmuşdur. Qeyd edim ki, məktəb rəhbərliyi hadisə ilə bağlı gec məlumatlandırıldığını qeyd edib. Şura sədri olaraq qeyd etməliyəm ki, müəllimə bu hadisədə daha həssas yanaşmalı və uşağın təhlükəsizliyinin təminini əsas hədəf götürməli idi. Eyni zamanda uşağın xəsarət alması ilə bağlı məlumatı təxirə salmadan rəhbərliyə, valideynə və məktəbdəki tibbi personla bildirməli idi. Məktəb rəhbəri müəllimə inzibati tədbir görərək töhmət vermişdir”.

Günel Səfərova qeyd edib ki, istənilən hadisə zamanı əsas üstünlük uşağın rifahının və onun təhlükəsizliyinin təmini olmalıdır. Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı jurnalist İntiqam Valehoğlu sosial şəbəkə hesabında paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı