Tanınmış futbolçu “Fənərbaxça"ya razılıq verdi

“Fənərbaxça" “Lion”un futbolçusu Korentin Tolissonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça" yarımmüdafiə mövqeyində çıxış edən Tolissoya təklif göndərib. Türkiyə mediasının məlumatına görə, futbolçu “Fənərbaxça"ya transfer olmağa razılıq verib. Tolisso üçün Səudiyyə Ərəbistanı klublarının hərəkətə keçdiyi qeyd edilib.

Qeyd edək ki, "Bavariya"da oynayarkən "Fənərbaxça"nın transfer siyahısında olan Korentin Tolisso daha sonra "Lion"la anlaşıb. “Le Progres” qəzetinin xəbərinə görə, “Lyon” rəhbərliyi Alexandre Lakazette və Corentin Tolissonu satmağa razılıq verib. Bu mövsüm 9 matçda meydana çıxan Tolisso 1 dəfə fərqlənib. "Lion"la müqaviləsi 2027-ci ildə başa çatacaq Tolissonun hazırkı transfer dəyəri 8 milyon avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR