Diplomların tanınma müddəti endirilib - Kamran Rəsulov

Əvvəlki dövrdə diplom tanınma müddəti uzun idi.

Metbuat.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, indi isə 12 iş günündə cavab verilir.

“Peşə tanınmasına ehtiyac yoxdursa, sərhəd keçməni yoxlayaraq diplom tanınması həyata keçirilir. Mühəndislik, hüquqşünaslıq və həkimlik ixtisasında isə sənədlər yoxlanıldıqdan sonra onları müvafiq olaraq DİM və Səhiyyə Nazirliyinə yönləndiririk. Onlar imtahan verir və peşə tanınması həyata keçirilir. Əvvəl yalnız tanınma idi. İndi isə bu proses bir neçə istiqamətə bölünüb.

Baxılma və icra müddəti 3 aydan 12 iş gününə endirilib”, - deyə o bildirib.

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı