Qızılcaya qarşı peyvənd olunanlar təkrar vaksinasiya olunacaq? - Nazirlikdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin məlumatına görə, epidemioloji vəziyyətə əsasən ölkə ərazisində orta və yaşlı əhali qızılcaya qarşı vaksinasiya olunacaq.

Hazırda uşaq vaxtı qızılca peyvəndi olunmuş şəxslərin yenidən peyvəndə cəlb ediləcəyi ilə bağlı narahatlıq var. Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirdilər ki, bütün vətəndaşların qeydiyyatda olduğu poliklinikalarda mövcud tibbi vərəqlərində bu barədə ətraflı qeyd olunub.

“Qızılcaya qarşı vaksinasiya olunmuş şəxlərin yenidən peyvənd olunmasına ehtiyac yoxdur. Vətəndaşlar qeydiyyatda olduqları poliklinikalarda sağlamlıqla bağlı məlumatlar olur. Uşaqlıqda kimin peyvənd olunub-olunmaması həmin vərəqdə öz əksini tapıb”.

Məlumat üçün bildirək ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb: "Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı