"Amerika Rusiyanın nüvə sferasında qazandığı üstünük ilə razılaşmalı olacaq".
Metbuat.az-ın məlumatına görə, bu barədə Birləşmiş Ştatların hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter bildirib.
“Hazırda Amerika və Britaniyanın miras qoyduğu strateji nüvə çəkindirmə vasitələrinin uğursuzluqları rusiyalı həmkarları tərəfindən həyata keçirilən uğurlu sınaqlar silsiləsi ilə tamamilə ziddiyyət təşkil edir. Söhbət Rusiyanın “Bulava” raketlərinin buraxılışından, “Burevestnik” qanadlı raketinin sınaq buraxılışından, həmçinin “Yars” strateji kompleksinin sınaqdan keçirilməsindən gedir”.
Ritter qeyd edib ki, əks halda ABŞ qalib gələ bilməyəcəyi mənasız silahlanma yarışına girəcək.