"Qarabağ" qapıçısını Norveçə aparmadı - SƏBƏB

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Molde"nin qonağı olacaq "Qarabağ" futbolçularından birini Norveçə aparmayıb.

Metbuat.az Fanat.az-a istinadən xəbər verir ki, bu, qapıçı Amin Ramazanovdur. Ramazanov zədə səbəbindən Bakıda qalıb.

Ağdam təmsilçisi bir saat öncə çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Noyabrın 30-da keçiriləcək "Molde" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı