Avropa nəhəngləri istedadlı futbolçunu transfer etməyə çalışır

Premyer Liqa nəhəngləri "Arsenal", "Tottenhem" və "Nyukasl" “Cenoa”nın futbolçusu Dragusini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə onu agenti açıqlama verib. Açıqlamada futbolçu üçün bəzi klubların iddialı təkliflər irəli sürdüyü və danışıqların uğurlu davam etdiyi vurğulanıb.

Qeyd edək ki, 21 yaşlı Draqusin 2018-ci ildə “Yuventus”un gənclər komandasına qoşulmaq üçün Rumıniyadan İtaliyaya gəlib və o vaxtdan bəri “Sampdoriya”, “Salernitana” və “Cenoa” kimi klublarda icarə əsasında çıxış edib. Ardınca o “Cenoa” ilə müqavilə imzalayıb. Rumıniyalı futbolçunun “Cenoa” ilə 2027-ci ilə qədər müqaviləsi var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı