Putin İstanbul sahillərindədir? - FOTO

Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, müxalif “Dossier Center” mərkəzinin məlumatına görə, Putin və sevgilisi Kabayevaya aid olduğu iddia edilən dəbdəbəli qayıq İstanbul sahillərində lövbər salıb. Məlumatda “Putinin gizli yaxtasını bir NATO ölkəsindəki gəmiqayırma zavodunda tapdıq. Bu necə mümkündür?" deyə sual edilib.

Qeyd edək ki, Putin və Kabayevaya aid olduğu iddia edilən dəbdəbəli qayığın 71 metr uzunluğunda və təxminən 50 milyon dollar dəyərində olduğu bildirilib. 2005-ci ildə Rusiyanın Sevmaş gəmiqayırma zavodunda inşasına başlanılan gəminin içərisindən çəkilmiş fotoşəkillər də dərc edilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR