Azərbaycanın su ehtiyatlarının 30-50%-i itirilir

Azərbaycanın karbohidrogen ehtiyatları indiyədək onun inkişafına, uğurlarına dəstək olub. Lakin ölkənin gələcək rifahı karbohidrogen ehtiyatından asılı ola bilməz. Çünki Azərbaycan qlobal dekarbonizasiya səylərindən irəli gələn əhəmiyyətli risklərlə üzləşir.

Metbuat.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Roland Prays deyib.

O bildirib ki, ölkədə mövcud su ehtiyatlarının 30-50%-i itirilir: “Bu səbəbdən də Azərbaycan üçün su təhlükəsizliyinə sərmayə qoyuluşu böyük məna kəsb edir “.

R.Praysın sözlərinə görə, Azərbaycan tövsiyələri nəzərə alaraq, hədəfləri bəlli edərək gələcək artımlara müəyyən sərmayələr qoyub əlavə gəlir əldə edə bilər: “Xüsusi olaraq qeyd edim ki, Azərbaycanın zəngin bərpa olunan külək və günəş resursları gələcəkdə yaşıl enerji ixracı üçün münbit şərait yaradaraq bir sıra sektorların karbonsuzlaşmasına təkan verə bilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı