​Harri Keyn fırtınası - Dayandıra bilmirlər

Hazırda Avropanın 5 böyük liqasının bombardiri olan Harri Keyn “Bavariya”da oynadığı qısa müddətdə rekordlar qırmağa başlayıb.

Metbuat.az xəbər verir ki, “Bavariya” komandası ilə Bundesliqa və UEFA Çempionlar Liqasında ümumilikdə 22 qol vuran ingilis futbolçu bu mövsümün ən güclü hücumçuları sırasındadır. Harri Keyn artıq 12-ci həftədə Bundesliqada ötən mövsüm qol vuran hücumçuları geridə qoyub. Keyn bu mövsüm liqada hər oyuna orta hesabla 1,5 qol vurub. Bundesliqada 18 dəfə rəqib qapısını silkələyən ingilis hücumçu 2022-2023-cü il mövsümünün bombardiri Niklas Füllkruq və Kristofer Nkunkunu geridə qoyub. Füllkrug, “Verder Bremen” Nkunku isə ötən mövsüm "Leypsiq" forması ilə 16 qol vuraraq Bundesliqanın bombardiri siyahısına başçılıq edib.

Keyn Bundesliqa tarixində bir mövsümün ilk 12 həftəsində 18 qol vuran ilk oyunçu olmaqla liqa tarixinə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı