Avropa nəhəngi 10 milyonluq futbolçu üçün 50 milyon ödəyir

“Cenoa”"Arsenal", "Tottenhem" və "Nyukasl"ın istədiyi futbolçusu Dragusi üçün 50 milyon avro tələb edib.

Metbuat.az xəbər verir ki, klub bu barədə futbolçunun agentinə məlumat verib. Bildirilir ki, onun transfer dəyəri bir müddət əvvəl 10 milyon avro olsa da, futbolçunun uğurlu oyunundan sonra bu məbləğ artıb. “Arsenal”ın bu məbləği ödəməyə hazır olduğu irəli sürülür.

Qeyd edək ki, 21 yaşlı Draqusin 2018-ci ildə “Yuventus”un gənclər komandasına qoşulmaq üçün Rumıniyadan İtaliyaya gəlib və o vaxtdan bəri “Sampdoriya”, “Salernitana” və “Cenoa” kimi klublarda icarə əsasında çıxış edib. Ardınca o “Cenoa” ilə müqavilə imzalayıb. Rumıniyalı futbolçunun “Cenoa” ilə 2027-ci ilə qədər müqaviləsi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı