Neymar və sevgilisi xəyanətə görə ayrıldı

"Əl Hilal"ın futbolçusu Neymar və sevgilisi Bruna Biancardi ayrılıb.

Metbuat.az xəbər verir ki, buna Neymarın xəyanət etməsinin səbəb olduğu bildirilir. Bildirilir ki, Neymar braziliyalı sosial media fenomenindən çılpaq fotosunu istəyib. Yeni ana olan Bruna Biancardi Neymardan ayrıldığını sosial media hesabında açıqlayıb:

“Bu, şəxsi məsələdir, amma sizə xəbər vermək istərdim ki, mənim münasibətim yoxdur. Biz Mavienin valideynləriyik və ayrıldıq”.“Daily Mail”ə görə, Neymar sevgilisi Bruna Biankardini bir çox qadınlaaldadıb.

Qeyd edilib ki, Neymar bir müddət əvvəl İspaniyada gecə klubunda iki fərqli qadınla əylənib. Neymarın fenomen qadınla Bruna Biancardini aldatdığı bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı