Şahmatçılarımız reytinqdə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov geriləyiblər.

Rəcəbov 14-cü sıradan 27-yə, Məmmədyarov (hər ikisi 2723 xal) isə 16-cı pillədən 26-cı mövqeyə düşüb.

Rauf Məmmədov (2651) 9 pillə irəliləyərək 90-cı, Bakıdakı Dünya Kubokunda 4-cü olan Nicat Abasov 53-cü yerdən 98-ci sıraya enib.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Nikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 27-ci, Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci, Gülnar Məmmədova (hər ikisi 2350) 99-cudur sıradadır.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci olub. Hindistandan olan Xampi Koneru (2554) üçüncüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı