"Borussiya Dortmund", "Napoli", "Ayaks" və "Arsenal"dan sonra "İnter"in də "Fənərbaxça"nın ulduz futbolçusu Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçdiyi iddia edilir.
Metbuat.az xəbər verir ki, bəzi klublar Ferdi Kadıoğlu üçün təklif göndərib. “Sabah” qəzetinin xəbərinə görə, "Fənərbaxça" müqaviləsində sərbəst qalma maddəsi olmayan 24 yaşlı sol cinah müdafiəçisini hələki satmaq istəmir. Bildirilir ki, hazırda futbolçu üçün 20 milyon avro tələb edən "Fənərbaxça" bu məbləği Ferdinin AVRO-2024-dəki çıxışından sonra artıra bilər. Qeyd edək ki, Türkiyə millisi Avropa çempionatına vəsiqə qazandığı üçün Ferdi Kadıoğlu da beynəlxalq turnirdə iştirak edəcək.