“Real Madrid”in mövsümün əvvəlində heyətinə qatdığı Cud Bellingem komanda yoldaşı Arda Güler haqqında xoş sözlər deyib.
Metbuat.az xəbər verir ki, o türk futbolçunu fenomen adlandırıb. Bellingemin sözlərinə görə, Arda Gülerin məşqlərdə istedadlı futbolçu olduğunu ortaya qoyur. "Qızıl oğlan" mükafatını qazanan Bellingem, Arda Güleri özündən sonra mükafatı qazanmağa ən güclü namizəd kimi göstərib. Cud Bellingem "Golden Boy" mükafatına gələcək namizədlərlə bağlı açıqlamasında, "Üçünün adını çəkəcəyəm. İlk növbədə Arda Güler. O, fenomendir. Onu məşqdə izləyirik və ondan çox razıyıq. Sonra, “Borussia Dortmund”dan keçmiş komanda yoldaşım Jamie Bynoe-Gittens və nəhayət qardaşım Jobe" deyə bildirib.