Azərbaycanda daha bir qadına alimlik dərəcəsi verildi - FOTO

Lənkəran Dövlət Universitetinin müəllimi alimlik dərəcəsi alıb.

Metbuat.az xəbər verir ki, Universitetin Elm və tədqiqat işləri şöbəsinin müdiri, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müəllimi Ülkər Allahyar qızı Babayeva alimlik dərəcəsi alıb.

Müəllimə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 15.11.2023 tarixli qərarı ilə ona “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda “2508.01 - Geoekologiya” ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir. Dövlət Statıstika Komitəsinin məlumatında qeyd olunub ki, qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı