Azərbaycanda ağır qəza: "BMW" aşdı, ailənin 3 üzvü öldü - FOTO

Dekabrın 5-də saat 17 radələrində Şamaxı rayonunun Dağ Göylər kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü Mətiyev Xaləddin Fərhad oğlu, 1970-ci il təvəllüdlü Mətiyev Sadiq Fərhad oğlu və 1994-cü il təvəllüdlü Fərhadzadə Tural Xaləddin oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Məlumata görə, qəzada ölənlər bir ailənin üzvləridir. Belə ki, Mətiyev Xaləddinlə Mətiyev Sadiq qardaşdır. Fərhadzadə Tural isə M.Xaləddinin oğludur.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR