Qərb yardımı azaltdı, Kiyev masaya əyləşir? - Peskov açıqladı

Rusiya Ukrayna ilə bağlı məqsədlərinə ilk növbədə siyasi və diplomatik yollarla nail olmağa üstünlük verir.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Peskov jurnalistlərin Kiyevin Qərbin Ukraynaya yardımını azaltmasını nəzərə alaraq Moskvaya danışıqlar təklif edib-etməməsi ilə bağlı sualını cavablandırıb. O bildirib ki, Qərb və Kiyevin bu üsullardan imtina edəcəyi təqdirdə xüsusi hərbi əməliyyat davam edəcək.

Yardım və danışıqların bir-biri ilə əlaqəli olmadığını deyən Peskov, "Bir daha təkrar edirəm, bizim üçün əsas olan hədəflərimizə çatmaqdır. Təbii ki, bu məqsədlərə siyasi və diplomatik yollarla nail olmaq daha məqsədəuyğundur. Qərb və ukraynalılar bu üsulları rədd edirsə xüsusi hərbi əməliyyat davam edəcək” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı