Elm və Təhsil Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tədqiqat aparacaq

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında elmi əməkdaşlığa dair üçillik müqavilə imzalanıb.

Sənədi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev imzalayıblar.

Metbuat.az xəbər verir ki, müqavilə çərçivəsində tərəflər elmi potensialın birləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması və bölgədə yaranmış ekoloji və radioekoloji problemlərin kompleks həllinin həyata keçirilməsi istiqamətində elmi əməkdaşlıq edəcəklər. İlkin olaraq tərəflər arasında “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələr”in geoloji təbiətinin təhlili” mövzusu üzrə (rəhbər AMEA-nın müxbir üzvi Çingiz Əliyev) Qarabağ iqtisadi zonasının işğaldan azad edilmiş ərazilərində yerüstü radiometrik ölçmələrin aparılması və radon qazının həcmi aktivliyinin təyin olunması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması üzrə birgə fəaliyyət nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı