ABŞ-nin vitse-prezidenti Qrenlandiyadan mesaj verdi

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Qrenlandiyadakı hərbi bazaya gedib.

Metbuat.az xəbər verir ki, o, mətbuata açıqlamalar verib. Vens bildirib ki, ABŞ Arktikada liderliyi təmin etməlidir. Onun ssözlərinə görə, Vaşinqton Moskva və Pekinin, eləcə də digər ölkələrin Arktika marşrutlarında, dəniz yollarında və bu ərazilərin mineral ehtiyatlarında maraqlarından xəbərdardır.

“Biz əmin olmalıyıq ki, Amerika Arktikada liderdir. Çünki bilirik ki, Amerika bunu etməsə, boşluğu digər ölkələr dolduracaq ”, - Vens bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı