Bu ölkədə güclü zəlzələ oldu

Yaponiya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 125 minə yaxın insanın yaşadığı Okinavadan 84 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.

Mərkəz həmçinin Sakit okean-Antarktika silsiləsi regionunda 6,4 maqnitudalı zəlzələ olduğunu bildirib. Ən yaxın böyük yaşayış məntəqəsi 10 km dərinlikdə yerləşən zəlzələ mənbəyindən təxminən 3,4 min km qərbdə yerləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı