Amerikalı müğənni Teylor Svift ABŞ-nin “Time” jurnalının versiyasına görə “İlin adamı” seçilib.
Metbuat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"İlin adam"ı adına ümumilikdə doqquz namizəd irəli sürülüb. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Böyük Britaniya kralı III Çarlz, “Barbi” filminin baş rol ifaçısı Marqo Robbi, Çin lideri Si Cinpin olub.