“Real” “Bavariya”nın futbolçusunu istəyir - 70 milyon qiyməti var

"Real Madrid" "Bavariya"nın sol cinah müdafiəçisi Alphonso Daviesi transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Bavariya” komandasının rəsmiləri Alphonso Davies üçün azı 70 milyon avro tələb ediblər.Xarici KİV-lərin məlumatına görə, “Bavariya” komandası bu transfer üçün 70 milyon avrodan aşağı təklifləri nəzərdən keçirməyəcək, lakin gözlədikləri təklif gələrsə, nəzərdən keçirə bilərlər.Baş məşqçi Tomas Tuşel transferin mümkünlüyü ilə bağlı suala belə cavab verib: "Alfonso Davies bizim oyunçumuzdur və mübahisəsiz ilk 11-lik oyunçusudur.

O, bilir ki, biz onu qiymətləndiririk və bir məşqçi kimi mənim üçün bu sadə məsələdir. Oyunçuların müqavilə vəziyyətlərinin mənim işimə heç bir təsiri yoxdur, yəni menecerlərimizin əlindədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR