İki rayona yeni prokurorlar təyin edildi

İki rayona yeni prokuror təyinatları olub.

Metbuat.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

Digər əmrlə Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə gətirilib.

Nəriman Əsədov daha əvvəl Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR