Misirin bütün əyalətlərində prezident seçkiləri üçün seçki məntəqələri açılıb.

Metbuat.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 09:00-da başlayıb.

Seçkilər üç gün - dekabrın 10, 11 və 12-də davam edəcək. Təxminən 67 milyon misirlinin seçkilərdə səs vermək imkanı var. Ölkə üzrə 9376 seçki məntəqəsi fəaliyyət göstərəcək.

14 beynəlxalq təşkilat müşahidəçi qismində təmsil olunacaq.