Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyevanın anası dünyasını dəyişib.
Metbuat.az "Axsam.az"a istinadən bildirir ki, sənətçi anası ilə bağlı paylaşım edib. O, Zemfira Məmmədəliyevanın görüntülərini yayımlayaraq "Canım anam" şərhini yazıb.
Qeyd edək ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Ü.Əliyeva açıqlamalarında bildirib ki, Z.Məmmədəliyeva onun bibisidir. Uşaq yaşlarında anası onu övladlığa verib.
"Bioloji anam Bəsti, böyüdən isə Zemfira xanımdır. Məni dünyaya gətirib, kirayə verib. Doğma atama dayı deyirəm. Anam məni bibimə övladlığa verib. Onun yeganə uşağı mən oldum" deyə, aktrisa açıqlamalarında söyləyib.