Gömrük ərazisinə qida və yem məhsullarının idxalı qaydası təsdiq edildi

Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin forması və təqdim edilmə müddətləri, qida və yem məhsullarının tranzit daşıması Qaydası” və “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı” təsdiq edilib.

Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydası təsdiq edilib.

    Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Qərar Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, o cümlədən bu məhsulların nümunələrinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasını müəyyən edir. Eyni zamanda, həmin məhsul, material və məmulatlar gömrük ərazisinə gətirilməzdən əvvəl göndərilən elektron bildirişin formasını və təqdim edilmə müddətlərini, qida və yem məhsullarının tranzit daşıması qaydasını, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının siyahısını müəyyən edir.

    Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida təhlükəsizliyi nəzarətinə aid edilən məhsulların təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında dövlət nəzarəti tədbirləri bu Qaydaya uyğun həyata keçiriləcək.

    İdxalatçı və ya onun səlahiyyətli nümayəndəsi idxal, o cümlədən təkrar idxalı nəzərdə tutulan məhsullar Azərbaycan Respublikasının gömrük ərazisinə

    1) avtomobil, dəniz və dəmir yolu ilə gətirildikdə - nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə çatmasından ən azı 24 saat əvvəl;

    2) hava yolu ilə gətirildikdə - nəqliyyat vasitəsinin ixracatçı ölkənin hava limanından yola düşməsindən ən azı 12 saat əvvəl;

    məhsullar barədə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə müəyyən edilmiş formaya uyğun elektron qaydada bildiriş göndərməlidir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı