“Qalatasaray”ın istedadı bu ölkədə futbol oynamaq istəyir

“Qalatasaray”da uğurlu oyun nümayiş etdirən Kerem Aktürkoğlunun adı Avropa komandaları ilə hallanır.

Metbuat.az xəbər verir ki, “Tuttomercato”ya açıqlama verən Kerem Aktürkoğlu transferi ilə bağlı diqqətçəkən fikirlər səsləndirib. Kerem Aktürkoğlu karyerasında yeni səhifə açmağa hazır olduğunu bildirib.

“Karyeranızda yeni bir addım atmağa hazırsınızmı, bəlkə İtaliya?” sualına türk futbolçu belə cavab verib:

"Özümü fiziki cəhətdən hazır hiss edirəm. Son iki mövsümdə təkmilləşdim və bunu davam etdirirəm. Hər gün daha yaxşı olmaq istəyirəm. Karyeramın məni hara aparacağını bilmirəm. Böyüməyə və inkişaf etməyə davam edəcəyəm. Bəli, karyeramda yeni addım atmağa hazıram. İtaliya qeyri-adi futbol ölkəsidir. Onun ehtiraslı azarkeşləri və tarix yaradan klubları var. Burada oynamaq həyəcanlı olardı. A Seriyasında böyük istedad var, səviyyə çox yüksəkdir. Şübhəsiz ki, füsunkar liqadır və mən bu liqada oynamağı çox istərdim”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR