​Hindistanın Cammu və Kəşmir barədə qərarı Pakistanda etirazla qarşılandı

Hindistanın Ali Məhkəməsinin hökumətin Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarını qəbul etməsi Pakistanda etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Hindistanın Ali Məhkəməsi hökumətin Pakistanla mübahisəli ərazisi olan Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarını qüvvədə saxlayıb. Ali Məhkəmə baş nazir Narendra Modi hökuməti tərəfindən 2019-cu ildə qəbul edilmiş Cammu və Kəşmirin xüsusi statusunun ləğvi qərarını konstitusiyaya uyğun hesab edib. Məhkəmənin 5 hakimdən ibarət konstitusiya heyəti də hökumətin Ladax bölgəsini Cammu və Kəşmirdən ayırmaq qərarını dəstəkləyib.

Modi sosial media platformasındakı paylaşımında Ali Məhkəmənin qərarından razı qaldığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı