Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərara əsasən hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.