Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdü - FOTO

Dekabrın 11-də xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində bir sıra media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat-a bildirilib ki, görüşdə müasir çağırışlar fonunda ölkəmizin yürütdüyü xarici siyasət prioritetləri, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesi və regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı