Azərbaycanda qeyri-neft-qaz sənayesi istehsalı bu qədər artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 60,8 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1 % az sənaye məhsulu istehsal edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 % artıb.

Sənaye məhsulunun 67,9 %-i mədənçıxarma sektorunda, 26,8 %-i emal sektorunda, 4,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 % artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 %, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 %, maşın və avadanlıqların istehsalı 37,4 %, tikinti materiallarının istehsalı 29,8 %, içkilərin istehsalı 27,5 %, poliqrafiya məhsullarının istehsalı 26,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 %, hazır metal məmulatlarının istehsalı 19,2 %, kağız və karton istehsalı 18,9 %, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 %, elektrik avadanlıqlarının istehsalı 10,3 %, qida məhsullarının istehsalı 9,8 %, tütün məmulatlarının istehsalı 9,6 %, neft məhsullarının istehsalı 8,4 %, kimya sənayesi məhsullarının istehsalı 8,3 %, mebel istehsalı 5,7 %, əczaçılıq məhsullarının istehsalı 1,1 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 %, sair sənaye məhsullarının istehsalı 12 %, geyim istehsalı 13,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16 % artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı