İki futbol əfsanəsi - Lionel Messi ilə Kriştianu Ronaldu - yenidən üz-üzə gələcək.

Onların oynadıqları “İnter Mayami” və “Ən-Nəsr” fevralın 1-də Ər-Riyadda görüşəcəklər.

Məlumata görə, komandaların yoldaşlıq görüşü Səudiyyə Ərəbistanında keçiriləcək sərgi turniri çərçivəsində baş tutacaq. Bu görüş Messi və Ronaldu üçün rəsmi qarşıdurma tarixində 36-cı olacaq.

Qeyd edək ki, bu görüşün sonuncu olmaq ehtimalı yüksəkdir.

Lionel Messi ilə Ronaldo yenidən üz-üzə -